Redaktor seçimi
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
Günün xəbəri

Futzal üzrə ənənəvi “Payız turniri”nə yekun vurulub

AFFA və Azərbaycan Əlillər Futbolu Federasiyasının birgə təşkilatçılığı ilə eşitmə məhdudiyyətli əlillər arasında futzal üzrə ənənəvi “Payız turniri”nə yekun vurulub.

Yenixeber.org-un məlumatına görə, Bakı İdman Sarayında təşkil edilən yarışın qalibi “Azəri” komandası olub.

“Ümid” ikinci, “Bakı” isə üçüncü yeri tutub. Turnirin sonunda komandalar mükafatlandırılıblar.

Həmçinin fərdi mükafatlar da təqdim edilib. Elvin Şeydəbəyov (“Azəri”) 11 qolla yarışın ən məhsuldar oyunçusu olub. Onun komanda yoldaşı Yusif Əzimzadə ən yaxşı qapıçı seçilib. Turnirin ən yaxşı futbolçusu adına isə Amil Sadıqov (“Ümid”) layiq görülüb

“Payız turniri”nin son iki günündə qeydə alınan nəticələr:

"Zirvə" - "Bakı" – 1:7
"Şimşək" - "Azəri" – 1:11
"Ümid" – "Zirvə" - 13:0
"Bakı" – "Şimşək" – 4:1
"Ümid" – "Bakı" – 5:1
"Azəri" - "Zirvə" - 12:0
"Şimşək" – "Ümid" – 2:7


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam