Ukrayna Belqorodı PUA ilə vurdu
Ukrayna ordusuna məxsus PUA Belqorod vilayətinin Şebekinski rayonunun Kozmodemyanovka kəndində yaşayış binasının pəncərəsinə çırpılıb, azyaşlı uşaq xəsarət alıb.
Yenixeber.org: Bunu vilayətin qubernatoru Vyaçeslav Qladkov özünün Teleqram kanalında yazıb.
"Kozmodemyanovka kəndində FPV dron yaşayış binasının pəncərəsinə çırpılıb ”, - o bildirib.
Qaldkov qeyd edib ki, hücum nəticəsində 13 yaşlı uşaq xəsarət alıb.