Xırdalan şəhər 2 nömrəli məktəbin direktoruna “DUR” deyən olacaqmı?! –ŞOK SƏS YAZILARI
Səs yazısından da göründüyü kimi, tədris ilinin əvvəlindən şagirdlərin dərsə davamiyyətində ciddi qüsurlar var
Yenixeber.org: Son günlər Xırdalan şəhər 2 nömrəli tam orta məktəb və bu məktəbin direktoru Gülnaz Kərimova az qala ölkə mediasının ulduzuna çevrilməkdədir. Adıçəkilən məktəbə 2022 ci ilin sentyabr ayından direktor təyinatı alan Gülnaz Kərimova o gün-bu gün sosial şəbəkələrin gündəmindən düşmür. Bir müddət əvvəl biz də, Yenixeber.org olaraq bu məktəblə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsinin rəhbərliyinə sorğu ünvanlamışdıq. Sorğu üçün məlum müddət bitdikdən sonra “cavab” aldıq. Ona görə dırnaqarası yazırıq ki, dəfələrlə təkidimizdən sonra aldığımız bir cümləlik “cavab” obrazlı desək belə idi: Xırdalan şəhər 2 nömrəli tam orta məktəb və məktəbin direktoru “aydar arı, sudan da durudur”.
Budur, indi Yenixeber.org-a Xırdalan şəhər 2 nömrəli tam orta məktəbdə yaşananlar və məktəbin direktoru Gülnaz Kərimovanın bu yaşantılarda oynadığı rolla bağlı həm geniş ictimai, həm də aidiyyatı dövlət strukturlarının marağına səbəb olacaq səs yazıları və məlumatlar daxil olub.
Gülçin Salmanova və Mətanət Abbasova
Həlik onu xatırladaq ki, mənbəmizin verdiyi məlumata görə, vaxtı ilə müavinlərin bir neçəsini şərləmək, (Onlardan biri ölkəni tərk etdi.) onların adına ləkəli ifadələr işlətmək, (Üzlərinə deyə bilməsə də, arxasınca danışa bilir.) müəllimlərin şərəf və ləyaqətini alçaltmaq və s. bu məktəbin idarəçiliyində əsas prinsipə çevrilib. Məlumata görə, bunlar yetməmiş kimi, indi də əl atıb məktəbin şagirdlərinə. Onları polislə, məktəbdən qovmaqla hədələyir… Məsələ burasındadır ki G. Kərimova məktəbə gəlib, davamiyyəti yerində olan, qiymətləri aşağı yazılan şagirdləri bu vəziyyətə salır. Məktəbə gəlməyənlərin isə sayı-hesabı bilinmir. Keçək əsas məsələyə…
Təhdid və minnət qoxulu səs yazıları
Xırdalan şəhər 2 nömrəli tam orta məktəbdə yaşananlarla bağlı Yenixeber.org-a daxil olan səs yazılarında sinif rəhbərləri şagirdlərə sabah dərsə gəlməyi xahiş edirlər, bir az da təhdidlə...Səs yazısında xüsusi ilə diqqət şəkən fakt sinif rəhbərinin “uşaqlar yəqin ki, məni eşitdiniz, bu sentyabrdan bu yana atdığım səslərdən deyil. Sabah ciddidir, yəni ciddinin-ciddisidir ha...” deməsidir. Belə məlum olur ki, tədris ilinin əvvəlindən bu məktəbdə dərsə davamiyyətdə yumşaq desək ciddi qüsur var(?)
Direktor Gülnaz Kərimovanın tapşırığına əsasən MİQ-dənkənar müavini olan və hal-hazırda qara işlərlə məşğul olan Gülçin Salmanova (Səs yazısını təqdim edirik.) şagirdləri məktəbə gəlməyə səsləyir. Səbəb sadədir: dərsə gəlməyənlər o qədərdir ki, onların yerini doldurmaq lazımdır. Qanunvericiliyə görə şagirdin məktəbə davamiyyəti mütləq olmalıdır və şagirdlər də bunu dərk etməlidirlər. Ancaq bu məktəbdə o qədər boşluqlar var və o cümlədən məlum maraq müqabilində məktəbə gəlməyənlər o qədərdir ki, sinif rəhbərləri qruplara səs atıb, az qala yalvarırlar ki, heç olmasa bir gün məktəbə gəlin. Məktəbə Elm və Təhsil Nazirliyinin (ETN) Daxili Nəzarət Şöbəsinin əməkdaşlarının gələcəyini bildirən Gülçin Salmanova “əgər məktəbə gəlməsəniz sizi ETN əməkdaşları məktəbdən qovacaq” kimi ifadələr də işlədir. Xüsusi ilə 11A sinifinin qanunsuz sinif rəhbəri Mətanət Soltan qızı Abbasova bu məsələdə daha fəal iştirak edir. (Onun da, səs yazısını təqdim edirik. Red.)
Qeyd edək ki, İsmayıllı rayonunda qanunsuz işləyib və hansısa naməlum yolla Xırdalan şəhər 2 nömrəli məktəbə yerdəyişmə edən Gülçin Salmanova məktəbdə qara işlərlə məşğulolma faizinə görə öndə durur. Məlumata görə, 11A-nın sinif rəhbəri əslində Aytən Qasımovadır. Onun adına yazılan sinifi Mətanət Abbasova idarə edir və güman ki, aldığı 30 manat da özündə qalmır....
Yeri gəlmişkən, Gülnaz Kərimovaya himayədarlıqda İqtisadiyyat naziri Mikayıl Cabbarovun və Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayevanın adı hallanır. Bi iddia həm də ona görə inandırıcıdır ki, Gülnaz Kərimova haqqında sosial şəbəkələrdə az qala həndəsi silsilə şəkilində yazıların getməsinə baxmayaraq, Elm və Təhsil naziri Emin Əmirullayev və MÜTDA-nın rəhbəri Eşqi Bağırov səssiz qalmaqdadırlar.
Onu da qeyd edək ki, Gülnaz Kərimova ETN-ni rəsmi olaraq tanımadığını bir neçə yerdə qeyri-rəsmi bildirib, ancaq Eşqi Bağırovun da onu “yaxşı” tanıdığı haqda dəflərlə öz ətrafına danışıb: “Eşqi Bağırov bilmir ki, mən kiməm, söz sahibi Gülnaz Kərimovadır” kimi ifadələrlə. Anlaşılan deyil ki son bir ildə günaşırı sosial şəbəkələrdə Xırdalan şəhər 2 nömrəli məktəbdə nələrin yaşandığı haqqında silsilə yazılar dərc olunur, ancaq heç bir tədbir görülmür. O zaman belə çıxır ki Gülnaz Kərimova tamami ilə haqlıdır?
Hörmətli ETN və MÜTDA, müəllimlər və o cümlədən övladlarını sizlərə etibar edən valideyinlər sizin bu məsələyə biganə qalmağınızı necə qəbul etsinlər? Məgər Gülnaz Kərimova əvəzedilməzdir? Bu qədər vaxt ərzində yazılanlara, səslənən ittihamlara göz yumulmaqda məqsəd nədir? Şübhəsiz ki Abşeronda yetərincə kadrlar var ki, məktəbə peşəkar və vicdanla rəhbərlik edə bilərlər. Məgər hansısa məktəbdə kitab satmaq direktor olmaq deməkdir, yoxsa hər sinifdən 200 manat bayram pulu almaq. Yoxsa, ETN və MÜTDA-nın bu sayaq eybəcərliklərə biganə qalması hansısa “ÖZƏL” səbələrdən qaynaqlanır? Və s. (Yenixeber.org)
Yazıda adları hallanan tərəflərin cavab haqqını tanıyırıq.