Redaktor seçimi
Gəncə şəhər stadionunun tikintisi mərhum nazirin oğlunun iş ortağına tapşırılıb -
Ağsuda dövlətin pulu küçələrin işıqlandırılması adı ilə “qaranlığa qərq olur” –
“Samur” Gömrük Terminalındakı Rüfət Qəhrəmanov kimdi? — Şahin Bağırovun adamı yoxsa… /
Bakı Dövlət Universitetində korrupsiya faktları aşkarlandı -
Sahil Babayevin gücü qarşısında Qanunlarımız və İcra Mexanizmi aciz qalıb -
Qusarçay Saleh Məmmədovun Daş Karxanasında belə “buxarlanır” –
Məzahir Pənahov dövlətin pulunu necə xərcləyir?:
Cavanşir Feyziyev Seçki Məcəlləsinin tələblərini NECƏ POZUR? – 
Günün xəbəri

İsrailin Livanda əməliyyat keçirir -"Şimal oxları"

İsrail Müdafiə Qüvvələri Livanın cənubundakı sərhəd bölgəsində “məhdud, lokallaşdırılmış və hədəfli reydlər”ə başladığını elan edib. 

Yenixeber.org xəbər verir ki, bu barədə Müdafiə Qüvvələrinin sosial media hesabında paylaşım edilib.

Əməliyyatın məqsədinin Hizbullah hərəkatının infrastrukturunun məhv edilməsi olduğu bildirilir.

“Hökumətin qərarına əsasən, İsrail ordusu bir neçə saat əvvəl Livanın cənubunda Hizbullah terror təşkilatının hədəfləri və infrastrukturuna qarşı sərhədə yaxın yerləşən bir sıra kəndlərdə hədəflənmiş quru əməliyyatına başlayıb” , - deyə açıqlamada qeyd olunur.

“Şimal oxları” adlandırılan əməliyyatın Baş Qərargah və Şimal Komandanlığının son aylarda hazırladığı plana uyğun olaraq həyata keçirildiyi vurğulanır. Qeyd olunub ki, əməliyyatın müddəti ümumi vəziyyətin, o cümlədən Qəzza zolağındakı vəziyyətin qiymətləndirilməsindən asılı olacaq.

“Quru qoşunları hava qüvvələri və artilleriya zərbələri ilə dəstəklənir, onlar öz hərəkətlərini quru qoşunları ilə əlaqələndirir, göstərilən ərazidə hərbi hədəflərə hücum edirlər. İsrail ordusu müharibənin məqsədlərinə çatmaq üçün mübarizəni davam etdirir və İsrail vətəndaşlarını qorumaq və şimal sakinlərinin evlərinə təhlükəsiz qayıtması üçün lazım olan hər şeyi edir”, - açıqlamada deyilir.

Qeyd edək ki, sentyabrın 30-da İsrail ordusu Livanın üç şəhəri - Metula, Misqav Am və Kfar Giladi ətrafını qapalı hərbi zona elan edib. Bir müddət sonra İsrail ordusu Beyrutun üç məhəlləsinin sakinlərini Hizbullah obyektlərinin yaxınlığında yerləşən binaları boşaltmağa çağırıb. İsrail qırıcıları daha sonra Beyrutun cənub ətrafına hücum edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam