Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Peycerlərə əvvəldən partlayıcı yerləşdirilib?-FOTO

 

Livanın paytaxtı Beyrutda anidən partlayan peycerlərə daha əvvəldən 20 qrama qədər partlayıcı yerləşdirilib.

Yenixeber.org xəbər verir ki, bu barədə məlumatı Livanın təhlükəsizlik xidmətlərindəki mənbəyə istinadən “Əl-Cəzirə” telekanalı yayıb. 

Bildirilib ki, partlayan peycerlər 5 ay əvvəl Livana idxal edilib. Hazırda ölkənin xüsusi xidmət orqanları partlayıcının necə aktivləşdirilməsi ilə bağlı bir neçə versiyanı araşdırır. 

“The New York Times” qəzeti isə amerikalı məmurlara istinadən peycerlərin partlaması əməliyyatını İsrailin təşkil etdiyini iddia edib. 

Onların sözlərinə görə, partlayıcı qurğular Tayvan istehsalı olan peycerlərdə olub. Qəzet yazır ki, partlayıcı qurğular batareyanın yanında qoyulub. Bununla yanaşı, cihazlarda peyceri uzaqdan partlatmağa imkan verən xüsusi qurğunun quraşdırıldığı da iddia olunub. 

Onu da qeyd edək ki, İsrail hələ ki bu ittihamlara cavab verməyib.

Xatırladaq ki, sentyabrın 17-də Beyrutda “Hizbullah” tərəfindən istifadə edilən portativ rabitə qurğuları anidən partladılıb. Hadisə nəticəsində 11 nəfər ölüb, 4 mindən çox insan isə yaralanıb. Yaralananlar arasında İranın Livandakı səfiri Müctəba Əmani də var. O, insident zamanı bir gözünü itirib, digər gözündən isə ağır yaralanıb. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam