Redaktor seçimi
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
Günün xəbəri

Saxta sənədli həkim ayda 50 mini necə qazanıb? –ŞOK FAKTLAR

image-1

Türkiyə vətəndaşı oldugu deyilən, uzman fizioterapevt kimi tanınan Musa Kılıç peşə ixtisasının tanınması üçün Səhiyyə Nazirliyində keçirilmiş imtahana dəvət olunub. O, imtahanda müvafiq keçid balını toplaya bilməyib.

Yenixeber.org: Bununla bağlı sensasiya sayıla biləcək məlumat əldə etmişik.

Sayt xatırladıb ki, ABŞ-da yaşayan jurnalist Qənirə Ataşova Musa Kılıçın saxta sənədlərlə fəaliyyət göstərdiyini, buna baxmayaraq, il ərzində 500 min manat pul qazandığını sübut edən dəlillər paylaşmışdı:

“Bundan sonra Musa Kılıçın fəaliyyətinin dondurulması gözlənilirdi. Lakin o, azərbaycanlıları təhqir etdiyi səs yazısı yaydı və hamıya meydan oxudu. Bəs, Musa Kılıç bu gücü haradan alır? Ümumiyyətlə, Azərbaycana nə vaxt və necə gəlib? Buradakı karyerasına hardan başlayıb?

Musa Kılıçın Azərbaycana ayaq açması onun gürcü əsilli zaqatalalı bir xanımla evlənməsindən sonra baş verib. Bundan sonra o, çalışmaq üçün müxtəlif klinikalara mürciət edib.

Özünü peşəkər həkim kimi təqdim edən Musa Kılıça ilk qapını 2018-ci ilin axırında Bakı Bərpa Mərkəzi açıb. Amma burada uzun zaman işləyə bilməyib. Bir neçə aydan sonra həmin mərkəzdən qalmaqalla ayrılıb. Daha sonra Musa Kılıç ARS Reabilitasiya Mərkəzində çalışıb, bir müdət sonra isə “İstanbul NS” klinikasına transfer olunub.

Bu klinikada işləri pis getməyib. Onun aylıq qazancı 40-50 min civarında olub. Sonradan elə bu qazanc üstündə rəhbərliklə arası dəyib və işdən uzaqlaşdırılıb. Bir müddət sonra isə o özünə “Medera Hospital”da yer edib. Bu günə kimi də həmin hospitalda fəaliyyət göstərir.

Maraqlıdır ki, adları çəkilən klinikalar onu işə qəbul edərkən ixtisasça həkim olduğunu təsdiqləyən sənədi niyə yoxlamayıblar? (Bu barədə klinikalara sorğu unvanlamışıq). Tutaq ki, klinika rəhbərləri öz qazancları üçün buna göz yumublar, bəs Səhiyyə Nazirliyi bu illər ərzində bu faktı niyə görməzdən gəlib? Nazirlik hansı marağa görə müvafiq sənədlər olmadan işə götürülən bu şəxsə görə klinikalara “gözün üstə qaşın var” deməyib? Yayılan videolardan, sənədlərdən də görünür ki, bu adam yüksək məbləğdə pul əldə edib. Görəsən, vergi orqanlarının bunu niyə görməyib?

Və ən əsas sual: Saxta sənədlərlə və ya sənədsiz ayda 50 min pul qopartdığı bir milləti niyə təhqir edir? Bu nifrət haradandır?

Fikrimizcə, bu məqam üzərində düşünmək lazımdır. O nöqtədən başlamaq lazımdır ki, Musa Kılıç Türkiyənin Artvin bölgəsindədir. Bu bölgədə isə ermənilər çox yaşayır… Biz indiyə kimi yalnız ermənilərdən bu cür davranış görmüşük: həm çörəyimizi yeyiblər, həm də özümüzü söyüb hər cür düşmənçilik ediblər”.(bakupost.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam