Novella Cəfəroğlu istefa verdi -SƏBƏB
Xəbər verdiyimiz kimi, hüquq müdafiəçisi Novella Cəfəroğlu Müsavat Partiyasından istefa verməsi barədə partiya sədri İsa Qəmbərə məktub ünvanlayıb.
Yenixeber.org: Məlumata görə, o, ərizəsində Azərbaycanda milli birlik, demokratik cəmiyyət və qanunun aliliyi uğrunda siyasi və ictimai fəaliyyətini davam etdirəcəyini bildirib.
“Son zamanlar mənim çıxışım Müsavat Partiyasına təzyiq və hücumlara səbəb olub. Mənim üzümdən Müsavata gələn zərbələri bildiyim üçün Müsavat Partiyasından istefa verirəm” – deyə Novella Cəfəroğlu məktubda qeyd edib.
***
Hüquq müdafiəçisi Novella Cəfəroğlu Müsavat Partiyasından istefa verib.
Bu barədə onun özü "pravda.az"a açıqlama verib.
"Müsavat Partiyasına istefa məktubumu göndərdim. Partiya sədri İsa Qəmbər məktubu alıb. Mənə görə Müsavata söz gəlir, bu səbəbdən istefa verdim. Əlbəttə ki, istefamı qəbul edəcəklər. Baxmayaraq ki, 30 ildir, bir yerdə çiyin-çiyinə vuruşmuşuq, çoxlu dostlarım var. Müsavatdan getmişəm, dostluqdan getməmişəm..." — N.Cəfəroğlu bildirib.