Redaktor seçimi
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
Günün xəbəri

Zəngişalıda söyüş yiyəsi kim oldu? -25 saylı məntəqədə baş verən rəzalət

Ağdamda səsvermə prosesi seçici fəallığı şəraitində davam edir1 sentyabrda keçirilən növbədənkənar parlament seçkiləri dörd gündür başa çatıb.

Yenixeber.org: Məlum olduğu kimi, “Təzadlar” qəzetinin və eyni adlı saytın baş redaktoru Avropa Mətbuat Federasiyasının Azərbaycandan yeganə üzvü olan Məmmədov Asif Millət oğlu (Asif Mərzili) 119 saylı Ağdam seçki dairəsindən deputatlığa namizəd idi. O, təbliğat-təşviqat dövründə Ağdamın bütün yaşayış məntəqələrini, o cümlədən köçkünlər yaşayan Ağsu, Göyçay, Ağdaş, Yevlax, Goranboy rayonlarını da qarış-qarış gəzib, əhali ilə görüşlər keçirmişdi. Keçirdiyi bütün görüşlərdə birmənalı olaraq seçicilər bildirirdilər ki, 20 il Ağdamdan deputat seçdirilən Bəxtiyar Əliyevin heç vaxt üzünü görməyiblər. Onu da bildiriblər ki, Asif Mərzili jurnalist kimi həmişə problemlərimizin həllinə kömək edib və bu səbəbdən yalnız ona səs verəcəklər.  
Seçki günü ağdamlılar öz dediklərini elədilər və Asif Mərziliyə səs verdilər. Ağdamdakı mənbəmizin Yenixeber.org-a verdiyi məlumata görə, həm Asif Mərziliyə, həm digər namizədlər Şəbnəm Səfərovaya və Azər Qasımova verilən səslər Bəxtiyar Əliyevin xeyrinə saxtalaşdırıldı. Mənim də jurnalist kimi səhərdən axşama qədər olduğum Ağdamın Zəngişalı kəndində yerləşən 25 saylı məntəqədə səs verənlərin sayı heç 200 nəfərə çatmadı. Gələnlərin hər birini dəftərdə qeyd edirdim. Amma qutular boşalıb hesablananda, məlum oldu ki, 589 adam guya səs verib. Bu səslərin də 320-si Bəxtiyar Əliyevə, 213-ü YAP-ın namizədi, Ağdam İşıq İdarəsinin müdiri İbrahim Məmmədova, 15 nəfəri Şəbnəm Səfərovaya, 12 nəfəri Asif Mərziliyə qalanları isə digər 5 namizədə guya səs verib. Halbuki, adını çəkmək istəmədiyim Zəngişalıdan olan bir məmur mənə yavaşca bildirdi ki, bu kənddə Bəxtiyar Əliyevə səs verənə söyüş qoyublar.

      Bəxtiyar Əliyev

Əhali Asif Mərziliyə xeyli səs vermişdi. Digərləri də Şəbnəm Səfərovaya, Azər Qasımova üstünlük veriblər. Deməli, seçiçilər yox, Bəxtiyar Əliyevə saxtakarlıqla 320 nəfər səs yazan məntəqə sədri və komissiya üzvləri söyüş yiyələri oldular. Bu çox acınacaqlı bir durumdur və bizə yalnız təəssüf etmək qalır.  

Elçin Məmmədli



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam