Belqoroda giriş bağlandı -SƏBƏB
Ukrayna Silahlı Qüvvələrinin fəallığı ilə əlaqədar avqustun 12-də əhalinin təxliyyəsinə başlanılan Belqorod vilayətinin Krasnoyarsk rayonunun hakimiyyət orqanları girişi bağlayıb.
Yenixeber.org: Bu barədə rayonun rəhbəri Andrey Miskov məlumat yayıb.
“Hörmətli Krasnoyarsk sakinləri, bununla əlaqədar olaraq, bu gündən etibarən rayona giriş tamamilə bağlanıb", - Miskov bildirib.