Redaktor seçimi
Bakı Dövlət Universitetində korrupsiya faktları aşkarlandı -
Sahil Babayevin gücü qarşısında Qanunlarımız və İcra Mexanizmi aciz qalıb -
Qusarçay Saleh Məmmədovun Daş Karxanasında belə “buxarlanır” –
Məzahir Pənahov dövlətin pulunu necə xərcləyir?:
Cavanşir Feyziyev Seçki Məcəlləsinin tələblərini NECƏ POZUR? – 
Deputatlığa namizəd Məşhur Məmmədovun Nyu-Yorkda milyonluq villası:
"Retro” istirahət mərkəzi, şadlıq evləri, avtomobil biznesi... -
“Nurlu Karqo”nun Nursuz Oyunları -
Günün xəbəri

Azərbaycanda oğul qaraciyərini anaya verdi-FOTO

 

Uzun illərdir qaraciyər yetməzliyindən əziyyət çəkən anaya oğlu donor olub.

Yenixeber.org xəbər verir ki, Hacıqabul rayonunun sakini, 1996-cı il təvəllüdlü Elçin İxtiyar oğlu Qaniyev ölümlə üz-üzə qalan anası 1975-ci il təvəllüdlü Tamam Zakir qızı Qaniyevaya öz qaraciyərini verib.

TƏBİB-in mətbuat xidmətindən bildirlib ki, oğlun və ananın həyatı üçün olan təhlükə geridə qalıb.

Qeyd edilib ki, qaraciyər yetməzliyi, serroz diaqnozu ilə Hacıqabul Rayon Mərkəzi Xəstəxanasında daimi həkim nəzarətində olan və müalicə alan T.Qaniyevanın bir müddət əvvəl səhhəti daha da pisləşib və ona qaraciyər transplantasiyası əməliyyatı olunması tövsiyə olunub.

Yekun qərara əsasən, 06.05.2024-cü ildə icbari tibbi sığorta hesabına Bakıda əməliyyat keçirən anaya öz oğlu donor olub və əməliyyat uğurla başa çatıb.

Əməliyyatdan sonra hər iki şəxsin Hacıqabul Rayon Mərkəzi Xəstəxanasında müalicəsi davam etdirilir.

Hazırda ana və oğlunun vəziyyəti qənaətbəxş qiymətləndirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam