Keniyada parlament binasına hücumda 3 nəfər ölüb, Obamanın bacısı yaralanıb -YENİLƏNİB
ABŞ-nin keçmiş prezidenti Barak Obamanın bacısı Keniyada keçirilən etiraz aksiyaları zamanı gözyaşardıcı qazın tətbiq olunması zamanı xəsarət alıb.
Yenixeber.org xəbər verir ki, bu barədə onun özü CNN telekanalında məlumat verib.
***
Keniyada parlament binasına girmək istəyən üç etirazçı polis tərəfindən güllələnib.
Qeyd edilib ki, etirazçılar polis avtomobilini yandırıblar. Polis etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib.
Məlumata görə, etirazlara səbəb vergi artımıdır.
Bildirilib ki, zərərçəkənlərin sayı azı 200 nəfərdir.