
İran Prezidenti İbrahim Rəisi və digər rəsmi şəxslərin olduğu helikopterin qəzaya uğraması ilə bağlı axtarış ilərinə “AKINCI” pilotsuz uçuş aparatı və “Cougar” tipli helikopter cəlb edilib.
Yenixeber.org: Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, İran hakimiyyətinin Türkiyə Xarici İşlər Nazirliyi vasitəsilə etdiyi müraciət əsasında İran Prezidentinin və onun nümayəndə heyətinin qəzaya uğramış helikopterinin axtarış-xilasetmə işlərində iştirak etmək üçün “AKINCI” pilotsuz uçuş aparatı və gecəgörmə qabiliyyətinə malik “Cougar” tipli helikopter təyin edilib.









AZ
RU