ABŞ hərbi qüvvələrini bu ölkədən çıxarır
ABŞ və Niger nümayəndələri bu gün Niameydə görüşəcəklər.
Yenixeber.org: Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirib.
Onun sözlərinə görə, görüşün mövzusu Amerika qüvvələrinin Afrika ölkəsindən çıxarılması olacaq.
Görüşdə Amerika tərəfini ABŞ-ın Nigerdəki səfiri Ketlin Fitzibbon və Afrika Komandanlığının nümayəndəsi Ken Ekman təmsil edəcək.