Paşinyan Putinin andiçməsinə çağrılacaq? -Moskvadan REAKSİYA
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın prezident Vladimir Putinin may ayına planlaşdırılan andiçmə mərasimində iştirakı ilə bağlı sualı rədd edib.
Yenixeber.org xəbər verir ki, aprelin 10-da keçirilən brifinqdə Zaxarova jurnalistə belə cavab verib:
“Zəhmət olmasa, bu sualı İrəvana ünvanlayın”.