Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Elə üz qoymayıb ki, onu Bakıya dəvət edim”

 

“Bu ilin sonunda Bakıda dini rəhbərlərin görüşü keçiriləcək”.

Yenixeber.org xəbər verir ki, bunu bu gün Təzəpir məscidində bayram namazından sonra Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri, Şeyxülislam Hacı Allahşükür Paşazadə deyib.

O bildirib ki, görüşə ermənilərin Katolikosu II Qareginin dəvət olunması məsələsinə baxılacaq: “O elə üz qoymayıb ki, onu Bakıya dəvət edim. Vaxtı ikən onu Azərbaycana dəvət etmişəm, o da bura gələrək dini konfransda iştirak edib. Bu gün erməni katolikosu başda olmaqla erməni kilsəsi bütün dünyada revanşizmi təbliğ edir. Bu gün heç cürə razılaşmır ki, Azərbaycan öz torpaqlarını azad edib. Onlar hələ də razılaşmır ki, Qarabağ Azərbaycan torpaqlarıdır. Biz ona təklif etdik ki, bunu qəbul eləsin, biz onu qəbul edək. Həyat davam edir, bir gün gələcək, o bunu başa düşəcək”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam