Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Günün xəbəri

Şair Salam Sarvandan YENİ XƏBƏR:əməliyyat və müalicə xərcləri ödəniləcək

Bu günlərdə səhhətində ciddi problemlər yaranan Azərbaycanın tanınmış şairi Salam Sarvanın əməliyyat və müalicə xərcləri qarşılanacaq. 
Yenixeber.org: Şairin səhhəti ilə bağlı məlumatlar sadə vətəndaşların və aidiyyəti qurumların ciddi reaksiyasına səbəb olub. Belə ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məsələyə dərhal reaksiya verərək onun bütün müalicə və əməliyyat xərclərinin qarşılanacağını bildirib.
Artıq S.Sarvanın həkimi Mircəlal Kazımi ilə də əlaqə saxlanılıb, bütün prosedurlar nəzarətə götürülüb. Onun yaxın günlərdə Dövlət Gömrük Hospitalında növbəti dəfə əməliyyat olunacağı gözlənilir. M.Kazımi müalicənin prosedura uyğun davam etdirildiyini qeyd edib.  
Şair özü də vəziyyəti ilə bağlı "Qafqazinfo”ya açıqlama verib. Bildirib ki, səhhətində yaranan problemlə əlaqədar cəmiyyətin belə həssas reaksiyası onu çox təsirləndirib. S.Sarvan müalicəsində zəhməti olan həkimlərə, hətta ona dua edən insanlara təşəkkürünü ifadə edib. 
Qeyd edək ki, S.Sarvanın səhhətində son günlər ciddi problem üzə çıxıb, qaraciyəri ilə öd kisəsi arasında şiş əmələ gəlib. Şair ilk əməliyyatı keçirib, ikinci əməliyyata hazırlaşır. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam