Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ukrayna ilk dəfə Tatarıstana hücum etdi, yaralılar var - PUA zavodu hədəfə alınıb...

Rusiyanın Federasiyasının Tatarıstan Respublikasında yerləşən bir sıra müəssisələrdə parlayışlar baş verib.

Yenixeber.org: Yerli mətbuat yazır ki, PUA hücumu zamanı 6 nəfər yüngül xəsarət alıb. "Ciddi dağıntı yoxdur, müəssisələrin texnoloji prosesi pozulmayıb", - Tatarıstan rəhbərinin mətbuat xidmətinin press-relizində deyilir.

Sosial mediada müəssiələrə PUA ilə hücum edildiyi və sonrasında partlayış baş verdiyi görünür. Rusiya mətbuatı hücumun Ukrayna tərəfindən həyata keçirildiyini bildirib. Kiyevdən rəsmi açıqlama verilməyib.

Məlumata görə, bu, Ukraynanın Tatarıstana ilk PUA hücumudur.

"RBC-Ukrayna" nəşri adı açıqlanmayan mənbəyə istinadən bildirir ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi "Şahed" tipli PUA-ların yığılması zavoduna hücum edib. Nəşrin həmsöhbətinin bildirdiyinə görə, hücum nəticəsində istehsalat obyektlərində ciddi dağıntılar olub.

Qeyd edək ki, son aylarda Ukrayna Rusiyanın neftayırma zavodlarına və digər sənaye obyektlərinə dron hücumları artıb. 

Bundan əvvəl "Washington Post" qəzeti yazıb ki, Rusiya Yelabuqadakı zavodda İran modelli dronların istehsalını qurmaq istəyir.(TASS)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam