İsrail Suriyanın şimalında yerləşən Hələb vilayətinə güclü hava zərbələri endirib.
Yenixeber.org: Məlumata görə, hava zərbələri Hizbullah və İran İnqilabı Keşikçiləri Korpusunun yerləşdiyi ərazilərə endirilib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kanaani vurğulayıb ki, İsrailin hərəkətləri müharibənin genişləndirilməsi cəhdidir.( “Reuters“)