Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

TƏHLÜKƏLİ HÜDUD:barışmaz düşmənlər Colan Təpələrində üz-üzə durub

Anna Ahronhaym

“Jerusalem Post”, 25.07.2019

Colanda isti yay hökm sürür. Həm də yalnız hava qızmar deyil. Ötən həftə Suriyanın cənubundan İran vəkillərinin 2 ölümcül hücumu olub. Bu həftənin əvvəlində “Hizbullah” hərəkatçısı Maşur Zidan partlayış nəticəsində öldürülüb və bir neçə gün sonra Zidanın öldürüldüyü yerə yaxın olan strateji Tel-Həraa sahəsinə raket atılıb.

Yenixeber.org: İsrail hücumlara təmkinli yanaşır, ancaq yəhudi dövləti “Hizbullah”ın Suriyanın Colan bölgəsində artan iştirakını qəbul etməyəcəyini açıqlayıb.

Ancaq Əsəd İranın dəstəklədiyi qoşunlarla birlikdə keçən yay Colanı geri alıb.

Vaşinqtondakı Yaxın Şərq Siyasəti İnstitutunun əməkdaşı Filip Smitin sözlərinə görə, İran və “Hizbullah” tərəfindən yerli qüvvələrin qurulması diqqətdən kənarda qalan əsas amildir.

Smit deyib: ““Hizbullah” Suriyanın cənubunda müharibə aparmaq istəmir. O, yerli qüvvələr yaratmaqda maraqlıdır”.

Hadar kəndinin sakini olan dəruzi Zidanın “Hizbullah”ın Colan üzrə əməliyyatçısı olduğu və İsraillə sərhəddəki kəndlərdən könüllüləri cəlb etmə üçün məsuliyyət daşıdığı güman edilir.

İsrail ordusu Şimal Komandanlığının yüksək səviyyəli kəşfiyyatçıları bildiriblər ki, “Hizbullah”ın “Colan Layihəsi” rejim qoşunları tərəfindən Suriya Colanının geri alınmasından sonra, ötən yay başlayıb. Gizli əməliyyatların iştrakçıları vətəndaş müharibəsindən əldə edilən silahlara sahibdir və lazım olduqda Livandan “Hizbullah” və ya İranın mövcud arsenallarından əlavə silah alırlar.

Smit deyib: “”Hizbullah” İsrailin müşahidəsindən xəbərdardırr, buna görə də, əvvəlkilərlə müqayisədə, daha gizli fəaliyyət göstərir”. Analitik əlavə edib ki, o, Livan döyüşçülərini bölgəyə göndərmək yerinə, dah çox yerli qüvvələrdən istifadə edir.

Suriyadakı hərbi müvəffəqiyyət “Hizbullah”a bu bölgəyə də yüksək səviyyəli əməliyyatçı və əsgər köçürməyə imkan verib. Qrupun lideri Həsən Nəsrullah da iyulun ortalarındakı çıxışında bildirib: “Əvvəllər yaşadığımız hər sahədə artıq varıq”.

“Hizbullah” və Livan mövzusunda araşdırma aparan təhlilçi David Daudun sözlərinə görə, İsrailin bölgədəki zərbələrini artırması “Hizbullah”ın varlığının artması ilə əlaqədardır.

Mart ayının ortalarında ABŞ prezidenti Donald Tramp Colanın suveren İsrail ərazisi olaraq rəsmi tanıdığını elan edib.

Daud əlavə edib: “Colanın tanınması fərqli fraksiyaların razılığa gəlmələri üçün ortaq zəmin yaradır. Eyni şey səfirliyin Qüdsə köçürülməsinə və “Əsrin sövdələşməsi”nə də aiddir. Fərqli bölgə qrupları və ya “oxlar” indi ümumi rəyə gəlirlər”.

Smit bildirib: “Trampın bəyanatı İrana bəzi siqnallar göndərsə də, Tehran Trampın açıqlamasına görə deyil, yerdəki vəziyyətə görə qərar verir. Onlar məqsədləriniTramp administrasiyasından üstün sayırlar. Qoşun yığa bilsələr, bundan istifadə edəcəklər. Çox praqmatikdirlər.

İranlılar illərdir Suriyanın cənubunda eyni proqramı izləsələr də, indi qazandıqlarını möhkəmləndirməyə və yeni uğurlar qazanmağa çalışırlar. Buna daha çox fürsətləri var”.

Çərşənbə günü Tel-Həraaya hücum ilk deyildi.

Bu bölgə Suriya ordusu tərəfindən illərdir İsrailin hərəkətlərini müşahidə etmək üçün istifadə olunur və Əsəd rejimi ərazini keçən yay üsyançılardan geri aldığı üçün İsrailə bir neçə zərbə endirilib.

Elektron nəzarət imkanlarına sahib olan bazanın yalnız rejim qoşunları tərəfindən idarə olunacağı güman edilsə də, “Hizbullah” da daxil olmaqla, İran tərəfdarı hərbçilərin orada yerləşdiyi bilinir.

Smitin sözlərinə görə, “Hizbullah” və İran düşmənlərini qarşılamaq üçün elektron vasitələrdən istifadə etməkdə ön plandadır. “On illərdir mövcuddurlar və orada suyu tam bulandırsalar, təəccüblənmərəm”.

Suriya Colanının Əsəd tərəfindən geri alınması İsraili “Yaxşı Qonşu Əməliyyatı”nı – mülki əhaliyə humanitar təminat və üsyançılara hərbi yardımı dayandırmağa məcbur edib.

İsrail həm sərhədə gələn minlərlə mülki şəxs, həm də döyüşçüyə müalicə imkanı verirdi. Rəsmilərin bildirdiyinə görə, İsrail tərəfindən müalicə olunan yaralıların 70% -i döyüşcülər, 30% -i qadın və uşaqlar olub.

Smit deyib: ““Bir il sonra  zəmanə dəyişibSuriyada qalanaların artıq seçimi və İsrailə qaçmaq şansı yoxdur. Artıq güc sahibini dəstəkləməlisiniz”.

Yəni “Hizbullah”ı.Tərcümə: Strateq.az

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam