Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılır

Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılır

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılır.

Yenixeber.org: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 27 mart tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bakı şəhərətrafı dəmiryol nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti üzrə subsidiya verilməsi Qaydaları” subsidiya məbləğinin hesablanması, bu məbləğin proqnozlaşdırılması və ödənilməsinə dair prosedur qaydasını və tələbləri müəyyən edir.

Müvafiq qərar “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Abşeron dairəvi dəmir yolu marşrutu üzrə sərnişindaşıma xidmətinə şamil olunur.

ADY-nin Bakıətrafı marşrutlar üzrə sərnişindaşıma xidmətinin maliyyələşməsi bu istiqamətdə meydana çıxan maliyyə çətinliklərini qismən kompensasiya etməklə mövcud qatar parkının daha təhlükəsiz, rahat və səmərəli xidmət göstərməsinə yardım edəcək.

Rusiya, Qazaxıstan, Türkiyə, İsveçrə, Avstriya, Fransa, Almaniya, həmçinin Avropa İttifaqının digər ölkələri dəmir yolu sərnişin daşımalarının subsidiyalaşdırılması üzrə uzunmüddətli təcrübəyə malikdir. Artıq bu təcrübənin ölkəmizdə də tətbiq edilməsinə başlanılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam