Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

Daxili dövlət borcunun yeni tərkibi AÇIQLANDI

Ötən il Azərbaycanın daxili dövlət borcu dörd dəfəyə yaxın artıb

Bu il yanvarın 1-nə 15 866,4 milyon manat təşkil etmiş daxili dövlət borcunu əsasən daxili maliyyə bazarında yerləşdirilmiş dövlət qiymətli kağızları üzrə ödənilməmiş qalıq vəsait təşkil edib.

Yenixeber.org: Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, hesabat tarixinə daxili dövlət borcunun 18,5 %-i 1 illik, 66 %-i 2 və 3 illik, 15,6 %-i isə 5 il və daha artıq müddətli dövlət qiymətli kağızlarının payına düşüb.

Bu il yanvarın 1-nə daxili dövlət borcunun 6 339,9 milyon manatı dövriyyədə olan dövlət istiqrazlarının, 175,5 milyon manatı buraxılmış veksellərin, 9 351 milyon manatı isə hökumətin üzərinə götürdüyü dövlət zəmanətli öhdəliklərin payına düşüb.

Hesabat dövrünə dövriyyədə olan 6 339,9 milyon manat məbləğində dövlət istiqrazları üzrə Orta Ödəmə Müddəti (OÖM) 1,72 təşkil edib. Strategiyaya uyğun olaraq, dövlət istiqrazlarının müddətinin mərhələli şəkildə uzadılması məqsədilə orta və uzunmüddətli dövlət istiqrazlarının həcminin artırılması Orta Ödəmə Müddətinin artmasına səbəb olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam