Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

İrəvandakı Hərbi Akademiyada fransız dili kabineti açıldı

 

Fransa Silahlı Qüvvələrinin Sen-Sir Hərbi Akademiyasının nümayəndələri Ermənistan Müdafiə Nazirliyinin Vazgen Sarkisyan adına Hərbi Akademiyasında olublar.

Yenixeber.org: Ermənistan KİV-nə istinadən xəbər verir ki,  görüşdə parlamentin Müdafiə və təhlükəsizlik məsələləri daimi komissiyasının sədr müavini Armen Xaçatryan da iştirak edib.

Qonaqlar akademiyanın ərazisini gəzib, yaradılan şərait, imkanlar və tədris obyektləri ilə yaxından tanış olublar. Onlara akademiyanın strukturu, fəaliyyəti və tədris proqramları təqdim olunub.

Akademiyaların qarşılıqlı fəaliyyəti ilə bağlı məsələlər müzakirə olunub.

Ermənistan müdafiə nazirinin müavini Arman Sarkisyanın və Fransanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Olivye Dekotininin iştirakı ilə akademiyada müasir həllər ilə təchiz olunmuş fransız dili kabineti açılıb.

Yeni auditoriyanın açılışı şərəfinə qırmızı lenti kəsmək fəxri hüququ iki akademiyanın əməkdaşlığı çərçivəsində Ermənistanda təhsil alan fransalı kursant və Fransaya təlim keçmək üçün gedən erməni kursantına verilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam