ALLAHIN SƏLAHİYYƏTLİ NÜMAYƏNDƏSİ
Alı kişi qocalmışdı.Bu yaxınlarda 70 yaşın dizini qatlayıb yerə əymişdi.Yerişində lənglik vardı.Duruşu da qabaqkı duruş deyildi,sol tərəfə əyilmişdi.Oturuşundan isə heç danışmağa dəyməzdi.Süfrəyə oturanda beli əyilirdi,sinəsiylə yemək masasındakı məsafə 20-30 sm ancaq olar,olmazdı. Oğlu hər dəfə onun yerişini,duruşunu,oturuşunu ona irad tuturdu.
Yenixeber.org: Amma neyləməli,yaşda yaşdı də.Oğul yüz irad tutsun,yüz desin xeyri yoxdu.Alı kişinin bundan sonra nə yerişi,nə duruşu,nə də yemək yeyəndə beli düzələsidi.Eə beləcə də dünyadan köçəcəydi.Köçdü də.
Vaxt,zaman gəldi,uca Tanrı ölüm üzürə səlahətli nümayəndəsi olan Əzrayılı göndərdi Alı kişinin qapısına.Əzrayıl bəy də gəldiyi qapıdan heç vaxt əli boş qayıtmamışdı.Ona görə də Alı kişinin yatmağını gözlədi,elə ki,Alı kişi yerinə girib gözünü yumub şirin yuxuya getdi,Əzrayıl çökdü Alı kişinin sinəsinə,aldı canını.Səhər açıanda hamı yuxudan qalxdı,amma Alı kişi qalxmadı.Oğlu çarpayısına yaxınlaşıb səslədi,ata hay vermədi,əliylə tərpətdi tərpənmədi.
-Ata,ay ata,niyə bizi yetim qoydun,- deyib atasının cansız cəsədini qucaqlayıb qıyya çəkdi.
Axşamdan Alı kişinin sinəsinin üstündə yuxuya getmiş Əzrayıl səsə,tərpənişə oyandı və ətrafdakılara:
-Mən tanrının göstərişini yerinə yetirdim,Alı kişinin canını aldım,sizə qaldı onu dəfn eləmək.Kişini haqq dünyasına aparın,ağlamaqla,sızlamaqla onu geri qaytara bilməzsiniz.
Əzrayılın dediyi həqiqət idi.Ona görə də Alı kişini aparıb böyük ehtiramla torpağa tapşırdılar.3-nü,7-sini,40-nı,ilini verdiər.Və Alı kişi də ömürlük oldu qəbristanın ölüsü.
Aradan illər keçdi,zaman gəldi, Alı kişinin oğlu yaşlaşıb atası yaşına çatdı.Yerişi lənk oldu,qaməti əyildi,oturuşudəyişdi.Evdə-eşikdə lənk yerişinə,əyri qamətinə,başı aşağı oturuşuna irad tutdular.Ha çaışdı ki,yerişini,duruşunu,oturuşunu dəyişib əvvəlki halına gətirə,bacarmadı.Yaş öz işini görmüşdü.Yadına rəhmətlik atası Alı kişiyə tutduğu iradlar düşdü və nə qədər haqsız olduğunu indi başa düşdü.
MƏHƏRRƏM ŞƏMKİRLİ