Ukrayna Silahlı Qüvvələrinin işğal altında olan Donetsk şəhərindəki “Merkuri” qapalı bazarını atəşə tutması nəticəsində 25 nəfər ölüb.
Yenixeber.org: Bu barədə qondarma Donetsk Xalq Respublikasının başçısı Denis Puşılin deyib.
Onun sözlərinə görə, ən azı 20 nəfər yaralanıb, onlardan ikisinin vəziyyəti orta ağırdır: “Bütün yaralılara lazımi tibbi yardım göstərilir. Onların arasında ağır yaralılar da var, bir çoxunun həyati orqanları ciddi zədələnib”.