Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

İranlı Nobel mükafatı laureatı üç il ərzində beşinci cəzaya məhkum edildi

 

İran həbsxanasında olan Nobel mükafatı laureatı Nərgiz Məhəmmədi “xaos və iğtişaşlar yaratmaq məqsədi ilə dövlət əleyhinə təbliğat apardığına görə” daha bir müddətə azadlıqdan məhrum edilib.

Yenixeber.org Məlumata görə, o, 15 ay müddətinə azadlıqdan məhrum olunub.

Bundan əlavə, azadlığa çıxandan sonra o, müvəqqəti olaraq Tehranda yaşaya, ölkəni tərk edə və smartfondan istifadə edə bilməyəcək.

Məhəmmədinin ailəsi hökmü tənqid edərək, onu siyasi motivli adlandırıb.

Qeyd edək ki, bu, 2021-ci ilin martından bəri Nobel mükafatı laureatı barəsində çıxarılan beşinci hökmdür. Ümumilikdə onun cəzası 12 il üç ay həbs, 154 şallaq zərbəsi, iki il sürgün və müxtəlif məhdudiyyətlərdir.

Xatırladaq ki, Məhəmmədi İranda məcburi hicaba və ölüm hökmünə açıq şəkildə qarşı çıxır.

2023-cü ildə Məhəmmədi “İranda qadınların zülmə qarşı mübarizəsinə, hamı üçün insan hüquq və azadlıqları uğrunda apardığı mübarizəyə görə” Nobel Sülh Mükafatı qazanıb. Mükafat Osloda analarının müraciətini oxuyan Nərgizin övladlarına təqdim edilib. (Bild)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam