Yapon nazir Türkiyəyə gələcək
Yaponiya xarici işlər naziri Kamikava Yokonun Türkiyəyə səfərinin tarixi açıqlanıb.
Yenixeber.org xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat verib.
Səfərin iki ölkə arasında diplomatik əlaqələrin 100-cü ildönümü ilə bağlı olduğu və yapon nazirin sabah Türkiyədə olacağı bildirilib.
O, səfər çərçivəsində həmkarı Hakan Fidanla görüşəcək.