Deputatlığa namizəd qətlə yetirildi
Pakistanın Hayber-Paxtunxva əyalətində parlament seçkilərində iştirak etmək üçün qeydə alınmış müstəqil namizəd Malik Kalim Ullah Xanın avtomobili atəşə tutulub.
Yenixeber.org xəbər verir ki, nəticədə deputatlığa namizəd və onun iki mühafizəçi öldürülüb.
Hələlik bölgədə fəaliyyət göstərən radikal qruplaşmaların heç biri hadisəyə görə məsuliyyəti üzərinə götürməyib.(Report)