Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

DSX generalının bacısı oğlu həbs olundu -SƏBƏB

 

Dövlət Sərhəd Xidmətinin generalı Aqil Babayevin bacısı oğlu Ümid Aydın oğlu Aydınov qız qaçırdığı üçün həbs olunub.

Yenixeber.org xəbər verir ki, əslən Şəki rayonundan olan Ümid Aydınov dostu ilə birgə Qax rayonunda evlənmək məqsədi ilə S. Abdullayevanı qaçırıb.

Ancaq qız evi şikayət etdiyindən Ümid Aydın oğlu Aydınov və Elvin Nemət oğlu Həmidov barəsində Cinayət Məcəlləsinin 144.2.3-cü (adam oğurluğu - qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə) və 149.1-ci (Zorlama - yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma) maddələri ilə ittiham olunub.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxs azadlıqdan məhrum edilib.

Məhkəmə Ümid Aydınova 7 il həbs cəzası verib.

Qeyd edək ki, general-mayor Aqil İnşallah oğlu Babayev Dövlət Sərhəd Xidmətinin Xudat sərhəd dəstəsinin rəisi olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam