Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Şahramanyan “artsax”ın buraxılması barədə qərarı ləğv edib - Surətini Paşinyana yollayıb

Qarabağdan qovulmuş separatçıların sonuncu başçısı Samvel Şahramanyan qondarma “artsax”ın buraxılması haqqında özünün 28 sentyabr 2023-cü il tarixli “fərman”ını ləğv edib.

Yenixeber.org xəbər verir ki, “Hraparak”ın məlumatına görə, Samvel Şahramanyan sözügedən “fərman”ınn ləğvi barədə “qərar”ı 2023-cü il dekabrın 10-da imzalayııb və bir nüsxəsini Ermənistanın baş naziri Nikol Paşinyana göndərib.

Naşrin yaxdığına görə, Samvel Şahramanyan Ermənistan hakimiyyətinin təhdidlərini nəzərə alaraq, həmin “qərar”ı hələ ictimaiyyətə açıqlamayıb

“Şahramanyan hələlik susqunluğu və siyasi passivliyi qoruyub saxlamaq qərarına gəlib”, - “Hraparak” yazıb.

 
Xatırladaq ki, ğzünü buraxdığını elan edən “artsax”ın sonuncu başçısı Samvel Şahramanyanın 28 sentyabr 2023-cü il tarixli "fərman"ında deyilir:

“1. 2024-cü il yanvarın 1-dək “artsax respublikası”nın tabeliyində olan bütün dövlət qurumları və təşkilatları ləğv edilsin və “artsax respublikası”nın mövcudluğu dayandırılsın;

2. Qarabağın erməni əhalisi, o cümlədən “respublikadan” kənarda yerləşən əhali bu “fərman” qüvvəyə mindikdən sonra gələcəkdə Qarabağda qalma (qayıtmaq) mümkünlüyü haqqında müstəqil və fərdi qərar qəbul etmək məqsədi ilə Azərbaycan Respublikasının təqdim etdiyi reinteqrasiya şərtləri ilə tanış olsunlar.

Bu Fərman dərc edildikdən dərhal sonra qüvvəyə minir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam