Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

1924-də insanlar 2024-ü necə görürdü?

 

1924-cü ildə insanların 100 il sonra dünyanı necə təsəvvür etdiyinə dair sübutlar toplanıb.

Yenixeber.org xəbər verir ki, bu barədə “Bild” nəşri araşdırma aparıb.

1924-cü ildə yeddi proqnoz var ki, onlardan bəziləri təəccüblü şəkildə reallıqla üst-üstə düşür.

1924-cü ildə Kaliforniya Universitetindən paleontoloq Edvard Ferlonq 2024-cü ilə qədər atların kənd təsərrüfatında istifadə edilməyəcəyi fikri ilə hər kəsi şoka salmışdı. “Kansas City Post” qəzetindəki məqaləsində o, kənd təsərrüfatında traktor və avtomobillərin onları tamamilə əvəz edə biləcəyini və atların əsasən zooparklarda tapılacağını yazmışdı.

Britaniyalı siyasətçi Kinqsli Vud 1924-cü ildə 2024-cü ilə qədər insanların orta hesabla ən azı 100 il yaşayacağını, 75 yaşda “nisbətən gənc” hesab ediləcəyini söyləyib.

Mühəndis Arçibald Lou 100 il əvvəl “Simsiz imkanlar” kitabında 2024-cü ildə insanların əksəriyyətinin evdən işləyə biləcəyini irəli sürmüşdü.

İsveçli memar Ben Byorkson böyük şəhərlərdə üçsıra magistral yolların görünəcəyini proqnozlaşdırmışdı.

Yüz il əvvəl “Olderman Nyuton” qəzetinin müəllifi inanırdı ki, 2024-cü ildə uşaqlar yuyulması lazım olmayan asbest kostyumları geyinəcək, ingilis dili dərslərində isə Şekspirin qrammofon valına yazılmış pyeslərinə qulaq asacaqlar.

Nyu York maqnatı Cozef Day yüz il əvvəl əmin idi ki, 2024-cü ildə hamı işə hər gün hava gəmiləri və təyyarələrlə gedəcək.

Hollivud rejissoru David Qriffit 1924-cü ildə demişdi ki, filmlər sayəsində insanlar başqa mədəniyyətlər haqqında daha çox şey öyrənəcəklər və artıq yad insanlardan qorxmağa ehtiyac qalmayacaq - beləliklə, onun fikrincə, filmlər bütün müharibələrə son qoymalı idi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam