Putinlə bağlı bu məlumat saxta çıxdı
Rusiya Prezidenti Vladimir Putinin yaxın günlərdə qlobal təhlükəsizliklə bağlı sensasion bəyanat hazırlaması ilə bağlı Teleqram kanallarında yayılan məlumatlar saxtadır.
Yenixeber.org: Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Qeyd edək ki, ötən gün 213 min nəfərlik auditoriyaya malik “Politdjoystik” Teleqram kanalında Putinin qlobal təhlükəsizlik məsələləri, o cümlədən Ukrayna ilə bağlı sensasion bəyanatla çıxış edəcəyinə dair məlumat yayılmışdı.