Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

“Heç kimə yeni cərimələr yazıla bilməz və yazılmayacaq”

 

Xəbər verdiyimiz kimi bu gündən sərnişin və yük daşınma qaydalarının pozulmasına görə yeni cərimələr qüvvəyə minir.

Yenixeber.org xəbər verir ki, dəyişikliyə əsasən, buraxılış kartı olmadan və ya sərnişin və yük daşıma qaydalarını pozmaqla taksi fəaliyyəti göstərən şəxslər 40 manat məbləğində cərimə edilməlidir.

Nəqliyyat eksperti Ərşad Hüseynov yeni qərarla bağlı paylaşım edib. Ekspertin sözlərinə görə, dəyişiklik bu gündən tətbiq edilə bilməz və taksi sürücülərinə heç bir yeni cərimə yazılmayacaq: “Taksi fəaliyyətində müxtəlif qanun pozuntularına görə yeni cərimələr formal olaraq bu gündən qüvvəyə minsə də, tətbiq edilə bilməyəcək. Ona görə ki, taksi fəaliyyəti üçün yeni icazə sistemi hələ işə düşməyib. AYNA yeni sistemi tam işə salmalıdır, bu fəaliyyət üçün buraxılış vərəqələri və buraxılış kartları verilməlidir. Yalnız ondan sonra bu vərəqə və kartı almadan fəaliyyət göstərənlərə cərimə yazılması mümkün ola bilər. Hələlik heç kimə buraxılış vərəqəsi və buraxılış kartı verilməyib və verilmir. Hətta bu vərəqə və kartın verilməsinin bütün şərtləri (bütün tələblər) hələ tam hazır deyil. Onların verilmə proseduru da tam müəyyən edilməyib (yəqin ki, xüsusi elektron portal üzərindən rəsmiləşdirmə həyata keçiriləcək). Qeyd etdiyim məsələlərə tam aydınıq gətirilib, texniki məsələlər də həll edilənədək heç kimə yeni cərimələr yazıla bilməz və yazılmayacaq”.

Ə.Hüseynov vurğulayıb ki, taksi sürücüsü üçün 2000 manatlıq cərimə, ümumiyyətlə, mövcud deyil: “Belə böyük məbləğli cərimələr yalnız taksi sifarişi operatorları (aqreqatorlar) və taksi şirkətləri barəsindədir. Taksi sürücüsü barəsində buraxılış kartı olmadan bu işlə məşğul olmağa görə cəmi 50 manat cərimə nəzərdə tutulur. Eyni sürücü bunu il ərzində təkrar törətdikdə isə 80 manat cərimə var. Taksi sürücüsünə bundan artıq cərimə nəzərdə tutulmur. Digər tərəfdən, hələlik bu yeni cərimələri tətbiq edəcək dövlət orqanı da müəyyən edilməyib. Bu barədə Prezidentin fərmanı ilə İnzibati Xətalar Məcəlləsinin tətbiqi barədə Fərmana dəyişiklik olmalıdır. Həmin dəyişiklik də yoxdur.

Ən əsası, hələlik bu cərimələrin heç biri tətbiq edilə bilməyəcək”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam