Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Danimarka Kraliçası taxtdan imtina edir

 

Danimarka Kraliçası II Marqret 52 illik hakimiyyətdən sonra taxtdan imtina edəcək. 

Yenixeber.org Danimarkanın “TV 2” kanalına istinadən xəbər verir ki, 83 yaşlı Kraliça bu barədə məlumatı Yeni illə bağlı xalqa müraciətində açıqlayıb. 

O, 2024-cü il yanvarın 14-ü taxtdan imtina edəcək və bu postu oğlu şahzadə Frederikə təhvil verəcək. 

Onun sözlərinə görə, 2023-cü ildə belində keçirdiyi əməliyyat onu bu qərar barədə düşünməyə vadar edib. 

Qeyd edək ki, 1972-ci il yanvarın 14-ü Danimarka Kralı IX Frederik dünyasını dəyişdikdə taxt onun qızı II Marqretə keçib. Bu zaman onun 31 yaşı var idi. II Marqretin hakimiyyəti Danimarka tarixində ən uzun müddət davam edən rəhbərlik olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam