Ağdaşda evdə partlayış -Ana və qızı xəsarət aldı
Ağdaşda yaşayış evində partlayış olub.
Yenixeber.org xəbər verir ki, hadisə rayonun Şəmsabad kəndində baş verib. Belə ki,kənd sakini 1977-ci il təvəllüdlü Həmidov Niyaməddin İkram oğluna məxsus yaşayış evində maye qaz balonunun partlaması nəticəsində evdə olan 1981-ci il təvəllüdlü Həmidova Elnarə Akif qızı və 2007-ci il təvəllüdlü Həmidova Elcan Niyaməddin qızı xəsarət alıblar.
Yaralılar Ağdaş rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.