Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Rus modelin sevgilisi azərbaycanlı iş adamı imiş

 

Rusiyalı teleaparıcı və model Viktoriya Bonya iş adamı Ruslan Həsənovla sevgili olduğunu açıqlayıb. 

Yenixeber.org xəbər verir ki, iş adamı açıqlamasında bildirib ki, 1987-ci ildə Qarabağda baş verən ilk hadisələrdən sonra babası Ermənistandan Mingəçevir şəhərinə köçüblər. 

"Mənim nənəm əsl qəhrəman anadır. Onun 10 övladı var: yeddi oğlu və üç qızı. Bu oğullar arasında mənim atam da var. Adı Rövşəndir. Ailəmizdə həkimlər, geoloqlar, neftçilər, müəllimlər var. Mən öz soyadımla, güclü azərbaycanlı köklərimlə fəxr edirəm. Mənim ata tərəfdən qohumlarımın bəziləri bu gün Bakıda, bəziləri Mingəçevirdə yaşayır. Rusiyada, Sibirdə yaşayanlar da var", - deyə o açıqlayıb. 

O, heç vaxt Azərbaycanda olmadığını da bildirib: "Səbəbini izah etmək üçün çox şey var, amma vəziyyət belə inkişaf etdi. Bunu mütləq ən qısa zamanda düzəldəcəm.. İndi də atamla boş vaxt tapmaq və birlikdə Bakıya getmək üçün cədvəllərimizi sinxronlaşdırmağa çalışırıq".

O, modellə Dubayda tanış olduğunu deyib: "O və mən “Bakı” adlı qəşəng bir restoranda idik. Və mən ürəkdən inanıram ki, bu, Dubayın ən yaxşı restoranlarından biridir. Viktoriya ilə orada vaxt keçirdik, mən ona Azərbaycan yeməyi piti təqdim etdim. Qəribə də olsa, Viktoriya məndən fərqli olaraq artıq Bakıda olub". 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam