Redaktor seçimi
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
Günün xəbəri

Rusiyalı zenitçilər bu cür aldadılır

“Storm Shadow” və “Scalp” qanadlı raketləri ilə hücumlar zamanı Ukrayna ordusu eyni vaxtda Rusiyanın hava hücumundan müdafiəsini yayındıran "yalançı" raketlər buraxır.

Yenixeber.org: Bunu israilli hərbi ekspert Devid Şarp Ukrayna ordusunun Sevastopola uğurlu raket hücumları endirməsini şərh edərkən deyib.

O qeyd edib ki, "Storm Shadow" və "Scalp" hava hücumundan müdafiə üçün çox çətin hədəflərdir. "Storm Shadow" çox aşağı hündürlükdə - 30 metrdə hədəfə uçur. Bu, onu aşkar etməyi və vurmağı çətinləşdirir.

Ekspertin sözlərinə görə, bu cür hücumlar zamanı Ukrayna ordusu zəif təlim keçmiş Rusiya zenitçilərinin diqqətini yayındıran "yalançı" raketlər buraxır.

"Rusiya Müdafiə Nazirliyi hesabatlarında heç də həmişə yalan danışmır - onlar tez-tez vurulmuş saxta hədəfləri həqiqi raketlərlə səhv salırlar. Bir neçə belə hədəf həmişə hücumlarda iştirak edir", - Şarp vurğulayıb.

Xatırladaq ki, ötən gün Rusiyanın Qara dəniz Donanmasının Sevastopoldakı qərargahı raket atəşinə tutulub.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam