Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Sabunçunun icra başçısı Əvəz  Zeynallının məhkəməsinə GƏTİRİLDİ

Sabunçunun icra başçısı məhkəməyə GƏTİRİLDİ

Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev məhkəməyə gətirilib. 

Yenixeber.org: Məlumata görə, Adil Vəliyev Bakı Ağır Cinayətlər Məhkəməsində ifadə verib. 

İcra başçısı "Xural tv" internet kanalının təsisçisi Əvəz  Zeynallının barəsində olan cinayət işi üzrə şahid qismində iştirak edib. 

A. Vəliyev ifadəsində Sabunçu rayonu ərazisində qanunsuz tikili aparılmasına icazə verdiyini etiraf edib. 

Xatırladaq ki, Adil Vəliyev Sabunçu rayonu, Sabunçu qəsəbəsində Dövlət Neft Şirkətinə məxsus ərazidə vətəndaş Ruslan Vəliyevin qanunsuz sahibkarlıq subyekti olan market tikintisinə şərait yaradıb. Qanunsuz tikili sökülsə də, Əvəz Zeynallının xahişindən sonra Adil Vəliyev həmin obyektin tikilməsinə şərait yaradıb.(News24.az) 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam