Redaktor seçimi
Həqiqət Şükürovanın icra başçısı Azər Qocayev və Həbib Misirovla SENSASİON SƏS YAZISI -
“İki dövlət bir millət” qardaşlığının Qordi düyünü: Qarabağı inşa edənlər xidmət haqlarını niyə ala bilmirlər? -
KEÇMİŞ OLİQARX NAZİRLƏRİN DƏBDƏBƏLİ HƏYATI... -
Azərbaycan KİV-də korrupsiyanın ifşası
nədən zərurətdir? -
Dövlət siyasətinin təbliğat maşınında naşı "şofer" oturub! -
Texniki baxışı niyə yol polisi keçirir -
Kəmaləddin Qafarovun biznesi və əmlakları -
Günün xəbəri

Bu məhsullar bahalaşıb -STATİSTİKA

bu-mehsullar-bahalasib

2023-cü ilin yanvar-avqust aylarında istehlak qiymətləri indeksi 2022-ci ilin yanvaravqust aylarına nisbətən 111,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 113,4 faiz, qeyri-ərzaq məhsulları üzrə 110,6 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,2 faiz təşkil edib.

Yenixeber.org: Dövlət Statistika Komitəsinin (DSK) yaydığı məlumata görə, 2023-cü ilin avqust ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,6 faiz, əvvəlki ilin avqust ayına nisbətən 108,0 faiz təşkil edib.

2023-cü ilin avqust ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,1 faiz, əvvəlki ilin avqust ayına nisbətən 107,4 faiz təşkil edib.

Cari ilin avqust ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox ucuzlaşma qarabaşaq yarmasının, unun, çörəyin, təzə balığın, yumurtanın, süfrə marqarininin, kərə, günəbaxan və qarğıdalı yağlarının, üzümün, yemişin, qarpızın, gavalının, almanın, armudun, bananın, pomidorun, xiyarın, soğanın, kartofun, bibərin, badımсanın, yerkökünün, bahalaşma isə əsasən düyünün, mal və qoyun ətinin, yoqurtun, xamanın, zeytun yağının, kələmin, sarımsağın, şəkərin, çayın, meyvə şirəsinin, arağın, tütün məmulatlarının qiymətlərində müşahidə olunub.

Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. 2023-cü ilin avqust ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,0 faiz, əvvəlki ilin avqust ayına nisbətən 108,3 faiz təşkil edib. 2023-cü ilin avqust ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1 faiz, əvvəlki ilin avqust ayına nisbətən 108,9 faiz təşkil edib.

Avqust ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma əsasən mənzillərin icarə haqlarında və hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam