Separatçıların Ağdam-Xankəndi yolunda təxribatı - FOTO
Qarabağdakı separatçı-terrorçular Əsgəran yoluna baryerlər qurmağa başlayıblar.
Yenixeber.org: Bu barədə teleqram kanallarında görüntülər yayılıb.
Məlumata görə, baryerlər Azərbaycanın göndərdiyi humanitar yardımların qarşısını kəsmək üçün qurulur.
Qeyd edək ki, AzQAC tərəfindən Qarabağda yaşayan erməni sakinlərin ehtiyaclarını qarşılamaq üçün avqustun 29-da Bakıdan göndərilən 40 ton un yüklü iki avtomobil Ağdam-Əsgəran-Xankəndi yolunda, Rusiya sülhməramlılarının postunun qarşısında gözləyir. AzQAC əməkdaşları və könüllülər ərazidə qurulan çadırlarda gecələyir.