Redaktor seçimi
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Günün xəbəri

Ukrayna TŞ:"Donetsk və Luqanskda muxtariyyətdən söhbət gedə bilməz"

 “Donetsk və Luqanskda muxtariyyətdən söhbət gedə bilməz”.

Yenixeber.org:  Bunu Ukrayna Müdafiə və Təhlükəsizlik Şurasının katibi Oliksiy Danilov xarici KİV-ə müsahibəsində deyib.

O bildirib ki, Krım yarımadasındakı muxtariyyət Ukrayna üçün kifayətdir: “Biz ərazi bütövlüyümüzü təmin edəcəyik. Donetsk və Luqansk da daxil olmaqla bütün işğal edilmiş ərazilərdə suverenliyimizi təmin edəcəyik”.

O.Danilovun fikrincə, Krımının “icarəyə götürülməsi” mümkün deyil, çünki tezliklə Rusiya onun sahibi olmaq istəyəcək: “Ukrayna bu müharibədə qalib gələcək, Rusiya isə məğlub olacaq”.

Qeyd edək ki, Krım, Donbas və Luqansk 2014-cü ildə işğal olunub.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam