Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Kral şahzadə Uilyam və Keyt Midltona yeni titullar verib

 Böyük Britaniya kralı III Çarlz şahzadə Uilyam və Keyt Midltona yeni hərbi vəzifələr verib.
Yenixeber.org: Bu barədə “The Telegraph” Bukingem Sarayına istinadən xəbər verir.
Kral III Çarlzın Uilyam və Keyti Uels şahzadələri adlandırmasından təxminən bir il sonra cütlük ailədəki hərbi vəzifələrin dəyişdirilməsi nəticəsində əlavə titullar alıb.
Keyt Midlton Donanma Hərbi Hava Qüvvələrinin Baş Komandanı, 1-ci Kral Dragoon Qvardiyasının Baş Komandanı və RAF Coningsby kral fəxri komodoru təyin edilib. Şahzadə Uilyam Mersiysk Alayının və Ordu Hava Korpusunun baş polkovniki vəzifəsini alıb və RAF Valley fəxri kral hava komodoru olub.
Britaniya kral ailəsinin digər üzvləri də III Çarlzdan yeni hərbi titullar alıblar. Kraliça Kamilla Kral Ordusunda ruhanilərin himayədarı, Şahzadə Anne Şotlandiya Kral Alayının polkovnik müavini və III Çarlzın kiçik qardaşı Edinburq hersoqu Kral Dragoon Qvardiyasının baş polkovniki olub.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam