Redaktor seçimi
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Günün xəbəri

Ukrayna ordusu irəliləyir, savaş şiddətlənir -Cəbhədəki son vəziyyət

 Ukrayna ordusu ölkənin şərq və cənub hissəsindəki cəbhə xəttində çətinliklər yaşayır. 

Yenixeber.org:  Bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib. 

Gecə videomüraciətində Zelenski deyib ki, Ukrayna qüvvələri bütün cəbhə xəttində Rusiyanın şiddətli müqaviməti ilə üzləşib. 

"Ağır döyüşlər gedir. Onlar bütün gücləri ilə oğlanlarımızı dayandırmağa çalışırlar. Çox şiddətli hücumlar var", - deyə Zelenski Baxmut və şərqdəki digər bölgələrə istinad edərək vurğulayıb. Onun sözlərinə görə, Rusiyanın müqavimətinə baxmayaraq, Ukrayna üstünlük təşkil edir. 

Ukrayna hərbçiləri Rusiyanın nəzarəti altında olan Baxmut şəhəri ətrafında bir sıra nailiyyətlər əldə etdiklərini bildiriblər. Ukrayna quru qoşunlarının komandanı general Oleksandr Sırski deyib ki, o, ordunun irəliləyişlərini sürətləndirmək üçün şərqdə xidmət edən zabitlərlə görüş keçirib. 

"Baxmut sektorunda mənim işim irəliləmə tempinin sürətləndirilməsinin aktual problemlərinə, daha böyük aktivlik perspektivlərinə və tapşırıqların icrasına mane olan məsələlərin həllinə həsr olunub", - o, "Telegram"da yazıb. 

Ukrayna qüvvələrinin şərq komandanlığının sözçüsü Sergey Çerevatı isə deyib ki, Kiyev Baxmutun kənarlarında “ardıcıl və amansızca” irəliləyir: "Hər gün yüzlərlə metr, həftə ərzində isə kilometrlər...". 

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Ukraynanın Baxmut və ona yaxın ərazilər yaxınlığında irəliləmək üçün səkkiz cəhdinin qarşısı alınıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam