Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Gənclərə güzəştli kreditlərin verilməsi qaydası dəyişdi

 Gənclər Fondunun vəsaitindən gənclərə güzəştli kreditlərin verilməsi Azərbaycan Mərkəzi Bankının lisenziya verdiyi və Fondun Müşahidə Şurasının müəyyən etdiyi meyarlara uyğun olan müvəkkil kredit təşkilatı vasitəsilə həyata keçiriləcək. 

Yenixeber.org:  Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Azərbaycan Respublikasının Gənclər Fondunun vəsaitindən istifadə, o cümlədən Fondun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası”na edilən dəyişikliklərdə öz əksini tapıb. 

Dəyişikliyə əsasən, Fond kredit götürənin güzəştli kredit üzrə əsas borcu və hesablanmış faizləri müvəkkil kredit təşkilatına ödəmə müddəti ilə müvəkkil kredit təşkilatının həmin vəsaiti Fonda köçürməsi müddətinin üzləşməsini aparmaq və ya bunun üçün Mərkəzi Banka müraciət etmək hüququna malikdir. 

Fond bu müraciəti etdikdə Mərkəzi Bank fəaliyyət istiqamətinə uyğun olaraq müvəkkil kredit təşkilatında yoxlama apararkən bu məsələni araşdırır və nəticəsi barədə Fonda məlumat verir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam