Belarusun müdafiə naziri İrana gəldi
Belarusun müdafiə naziri general-leytenant Viktor Xrenin İrana səfər edib.
Yenixeber.org: Bu barədə Belarus Müdafiə Nazirliyi məlumat yayıb.
O, Tehranda İranın hərbi-siyasi rəhbərliyi ilə danışıqlar aparacaq.
Danışıqlar zamanı Belarus - İran ikitərəfli hərbi əməkdaşlığının aktual məsələləri müzakirə olunacaq.