Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

İranın Bakıdakı bankı bağlanmayacaq -RƏSMİ

 İran Milli Bankının Bakı filialının lisenziyasının ləğv edilməsi nəzərdə tutulmur. 

Yenixeber.org:  Bunu Azərbaycan Mərkəzi Bankının sədri (AMB) Taleh Kazımov keçirdiyi mətbuat konfransında bildirib. 

"Filialda yoxlamalar aparılıb və bəzi nöqsanlar aşkar edilib. Bununla əlaqədar orada əməliyyatlar məhdudlaşdırılıb. İran bankının bağlanması planlaşdırılmır, çünki bank normativ tələblərə cavab verir, maliyyə sektoru üçün risk yaratmır, nöqsanlar aradan qaldırdıqdan sonra normal fəaliyyətini davam etdirə bilər. Yoxlama əsasən cinayət yolu ilə əldə edilən pulların leqallaşdırılması ehtimalı, bu sahədə Azərbaycana qanunvericiliyin tətbiqi ilə bağlı olub", - deyə AMB sədri vurğulayıb. 

Xatırladaq ki, İran Milli Bankının Bakı filialı 1993-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 73,611 milyon manatdır. Bu ilin may ayından filialın fəaliyyəti məhdudlaşdırılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam