Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Dünya əhalisinin yarısı təhlükədədir -Yeni virus ölümcül ola bilər

 "Dünya əhalisinin təxminən yarısı "dang virusu" riski altındadır və bu virus təxminən 129 ölkəni əhatə edir".
Yenixeber.org: Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Tropik Xəstəliklər Bölməsinin rəhbəri Dr. Raman Velayudhan deyib. O qeyd edib ki, "dang virusu"na yoluxma sayı 8 dəfə artıb.
Velayudhan dünya əhalisinin yarısının ağcaqanad dişləmələri ilə ötürülən və qripə bənzər ağır simptomlara səbəb olan viral xəstəlik olan “danq qızdırması” riski altında olduğunu açıqlayıb.
“Daha yüksək orta temperatur, yağıntılar və daha uzun quraqlıq dövrləri ilə qeyd olunan iqlim dəyişikliyi bütün dünyada rekord sayda danq infeksiyasına səbəb ola bilər. Bəzi hallarda, xüsusən də ikinci dəfə infeksiyaya yoluxduğunuzda bu, ciddi xəstəliyə səbəb ola və öldürə bilər. 2000-ci ildə yarım milyona yaxın, 2022-ci ildə 4,2 milyondan çox hadisə qeydə alınıb ki, bu da səkkiz qat artım deməkdir".
Ağcaqanadların həm quraqlıqda, həm də güclü yağış və daşqın şəraitində yaşaya bildiyinə diqqət çəkən Velayudhan, "danq virusu" riskinin hər şəraitdə artdığını ifadə edib.
ÜST-nin sözügedən xəstəliklə bağlı verdiyi açıqlamada aşağıdakı ifadələr yer alıb:
“Danq qızdırması" üçün xüsusi bir müalicə və birbaşa dərman müdaxiləsi yoxdur. Xəstəlik adətən qızdırma və ağrıları müalicə edən dərmanlarla müalicə olunur. Virus testinin etibarlı nəticə verməsi üçün iki-üç gün lazımdır”.
Qeyd edək ki, ağcaqanadların yaydığı bu viruslar dünyadakı epidemiyaların 17%-ni təşkil edir və ildə 7 yüz mindən çox insanın ölümünə səbəb olur.

Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam