Redaktor seçimi
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Günün xəbəri

Peşəkar jurnalistlər üçün imtiyazlar olmalıdır -Prezidentin köməkçisi

 

Mediada yeni tendensiyalar təşəkkül tapıb. 

Yenixeber.org: Bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” Şuşa Qlobal Media Forumu zamanı çıxışında deyib. 

“Peşəkar jurnalistlər üçün imtiyazlar olmalıdır. Azərbaycan mediasına da bir sıra çağırışlar aiddir. Biz bunları gündəlik işimizdə də hiss edirik. 1991-ci ildə Azərbaycan müstəqilliyini əldə etdikdən sonra müstəqil media ortaya çıxdı”,- deyə H.Hacıyev əlavə edib. 

Qeyd edək ki, iyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” Şuşa Qlobal Media Forumu başlayıb. Tədbirə ümumilikdə 120 media subyekti və 50 ölkədən 250-dən çox qonaq qatılıb. Açılış mərasimindən sonra forum sessiyalarla davam edir. Sessiyalarda medianın gələcəyi - rəqəmsal dövrdə jurnalistika və kommunikasiyada yeni alətlər, mediada investisiya və istehlak tendensiyaları və digər mövzular xarici və yerli mütəxəssislər tərəfindən panel müzakirəyə çıxarılacaq. Qlobal forum çərçivəsində, eyni zamanda, bəzi paralel tədbirlərin - sərgi və təlimlərin də keçirilməsi nəzərdə tutulur. 

Forum 23 iyul axşama qədər davam edəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam