Redaktor seçimi
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
Günün xəbəri

"Günəşli" sanatoriyasında oğurluq:Oynamağa getdi, pulları oğurlandı

Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən "Günəşli" sanatoriyasının konsert zalında oğurluq olub. 
Yenixeber.org: Məlumata görə, Narçiçək Həmzəyeva Mərdəkan qəsəbəsində yerləşən "Günəşli" sanatoriyasında müalicə almağa gedib. 
Həmin vaxt sanatoriyanın zalında konsert keçirilib. Konsert zamanı içərisində 800 manat pulu, mobil telefonu və özünə məxsus sənədləri olan pul kisəsini oturduğu masanın üzərində qoyaraq, oynamağa gedib. Oynadıqdan sonra həmin binanın 1-ci mərtəbəsinə düşüb bir qədər sonra geri qayıdıb. 
Daha sonra sanatoriyanın həyətinə düşüb çay içərkən pul kisəsinin açıq olduğunu görüb. Baxan zaman pul kisəsindəki 800 manatın olmadığını bilib. Bu barədə polisə müraciət edib. Polislər müvafiq araşdırma aparsa da, həmin yerdə müşahidə kameraları olmadığı üçün oğurluq edən şəxsi tapa bilməyiblər. 
Narçiçək Həmzəyeva pul kisəsində 800 manat puldan başqa özünə məxsus sənədləri və mobil telefonu olsa da, puldan başqa heç nə oğurlanmadığını deyib. 
Polisin keçirdiyi əməliyyat zamanı hadisəni törədən 1987-ci il təvəllüdlü Bakı şəhər sakini Elvin adlı şəxs saxlanılıb. Aparılan araşdırma zamanı onun başqa yerlərdən də külli miqdarda oğurluq etməsi məlum olub. Amma təqsirləndirilən şəxs "Günəşli" sanatoriyasının konsert zalında oğurluq etmədiyini bildirib. 
Məhəkəmə Elvinin "Günəşli" sanatoriyasında Narçiçək Həmzəyevanın 800 manatını oğurlamasına dair epizod sübut olunmadığından, Cinayət Prosesual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən ittihamdan xaric edilib.(Qaynarinfo)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam