Ərazilərimizə qanunsuz səfər etmiş media nümayəndələri "qara siyahı"dan çıxarılıb
Xarici İşlər Nazirliyi (XİN), Azərbaycan Mətbuat Şurası və Medianın İnkişafı Agentliyi (MEDİA) Azərbaycan ərazilərinə qanunsuz səfər etmiş bəzi xarici media nümayəndələrinin "qara siyahı"dan çıxarılması ilə bağlı bəyanat yayıb.
Yenixeber.org: Bəyanat mətni XİN-də keçirilən brifinqdə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi, mətbuat katibi Ayxan Hacızadə oxuyub.
Bəyanatda 58 nəfərin adının "qara siyahı"dan çıxarıldığı bildirilir.