Redaktor seçimi
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Günün xəbəri

Daha iki rayonun bələdiyyə sədrləri CƏRİMƏLƏNDİ-FOTOLAR

 

Kürdəmir və Saatlıda bələdiyyə sədrləri barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Yenixeber.org-a  verilən məlumata görə, polis Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı rayonunun Mollakənd və Şilyan kəndləri ərazisində sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkarlanıb.

İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduğuna görə adları qeyd olunan kənd bələdiyyələrinin sədrləri barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb və aidiyyəti üzrə 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilib.

Analoji qayda pozuntusu Saatlı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı da aşkarlanıb. Rayonunun müxtəlif küçə və prospektlərində sənaye və məişət tullantılarının qalaqlanması faktlarına görə rayon bələdiyyəsinin sədri barəsində RPŞ-nin İctimai Təhlükəsizlik Bölməsində müvafiq tədbirlər görülüb və 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam